...

KSM Mükafatı 2019 müsabiqəsinin layihə təqdimetmə mərasimi keçiriləcək

Cəmiyyət Materials 21 Yanvar 2020 17:07 (UTC +04:00)
Milli KSM Mükafatı müsabiqəsi ənənəvi olaraq 2019-cu ildə layihə qəbuluna başlayıb.
KSM Mükafatı 2019 müsabiqəsinin layihə təqdimetmə mərasimi keçiriləcək

Bakı. Trend:

2018-ci ildə ölkəmizdə ilk dəfə olaraq təsis olunan Milli KSM Mükafatı müsabiqəsi ənənəvi olaraq 2019-cu ildə layihə qəbuluna başlayıb.

Trend-in məlumatına görə, müsabiqənin əsas məqsədi ölkəmizdə həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir. Ötən il müsabiqə ilk dəfə təşkil olunmasına baxmayaraq ölkəmizdə geniş rəğbət qazanıb və hazırda Milli KSM Mükafatı açar sözü ilə google axtarış sistemində 7410 nəticə mövcuddur.

24 yanvar 2020-ci il tarixində Hyatt Regency Otelinin Quba Milli KSM Mükafatı 2019 müsabiqəsinin layihə təqdimetmə mərasimi çərçivəsində sərgi keçiriləcək. Sərgi zamanı sosial layihələr həyata keçirən, dəstəkləyən bir çox dövlət qurumları və özəl müəssisələrin stendləri nümayiş olunacaq, həmçinin kütləvi informasiya vasitələrinin mənsublarının iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti