...

ABŞ səfirliyi ingilis dili orfoqrafiyasına dair ümummilli müsabiqə keçirib (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2020 21:35 (UTC +04:00)
ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycanda fəaliyyət göstərən Amerika Mərkəzləri ilə əməkdaşlıq edərək fevralın 23 Bakıda yerləşən Amerika Mərkəzində ingilis dili orfoqrafiyasına dair (Spelling Bee) müsabiqəsinin finalını keçirib.
ABŞ səfirliyi ingilis dili orfoqrafiyasına dair ümummilli müsabiqə keçirib (FOTO)

Bakı. Trend:

ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycanda fəaliyyət göstərən Amerika Mərkəzləri ilə əməkdaşlıq edərək fevralın 23 Bakıda yerləşən Amerika Mərkəzində ingilis dili orfoqrafiyasına dair (Spelling Bee) müsabiqəsinin finalını keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, sözügedən layihə Gəncə, Kürdəmir, Səlyan və Xaçmazda yaşayan 12-17 yaşlı tələbələr üçün nəzərdə tutulan ingilis dilinin tədrisi proqramının bir hissəsidir.

Bir neçə saat davam edən gərgin yarışdan sonra aşağıda adları çəkilər tələbələr öz yaş qruplarında qalib olmuşlar:

Birinci yer qazananlar:

Nurlan Babayev – Gəncə
İlkanə Həmzəyeva – Səlyan
Cavid Hüseynov – Kürdəmir

İkinci Yer:

Fədayə Cəfərova
Aysel Gülalıyeva
Albina Məmmədova

Üçüncü yer tutanlar:

Şəkər Kərimova
Şövkət Məmmədova
Arif Yaqubov

Fevral ayında bölgələrdə yerləşən Amerika Mərkəzlərində keçirilən ilkin mərhələrdə uğur qazanaraq finalda iştirak etmək hüququnu qazanmış bütün iştirakçıları təbrik edirik! Ümumilikdə sözügeən layihədə 359 tələbə iştirak etmişdir.

Bakıdan olan tələbələr üçün nəzərdə tutulan Spelling Bee layihə Apreldə Bakı Amerika Mərkəzində yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti