...

Bayıl və 20-ci yaşayış sahələrində dezinfeksiya işləri davam etdirilir (FOTO)

Cəmiyyət Materials 25 Mart 2020 14:42 (UTC +04:00)
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayonun Bayıl və 20-ci yaşayış sahələri ərazisində yerləşən küçələr, yeraltı keçidlərdə, parklar və yaşayış evlərinin ətrafında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dezinfeksiya işləri davam etdirilir.
Bayıl və 20-ci yaşayış sahələrində dezinfeksiya işləri davam etdirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayonun Bayıl və 20-ci yaşayış sahələri ərazisində yerləşən küçələr, yeraltı keçidlərdə, parklar və yaşayış evlərinin ətrafında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dezinfeksiya işləri davam etdirilir.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, işlərin ardıcıl və normal təşkili məqsədilə bu istiqamətdə çalışan briqadalar zəruri avadanlıq və preparatlarla təchiz olunublar. Rayon ərazisində ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. Dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.

Eyni zamanda sakinlərimizə Koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyi, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalmağı, xüsusi ehtiyac olmadıqda evləri tərk etməkdən çəkinməyi tövsiyə edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti