...

Bayılda yaşayış sahəsində dezinfeksiya işləri davam etdirilir (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2020 11:28 (UTC +04:00)
Bayılda yaşayış sahəsində dezinfeksiya işləri davam etdirilir (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bayıl yaşayış sahəsində maarifləndirmə və dezinfeksiya işləri davam edir.

Trend-in məlumatına görə, Səbail rayonu, Bayıl yaşayış sahəsi, Qurban Abbasov küçəsində yerləşən ümumi sahəsi 500 kvadratmetr olan “Vannikov” parkında, eyni zamanda qeyd olunan ərazidə ümumilikdə 5300 sakinin yaşadığı 9 küçədə yerləşən 32 çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan hissələrində və 94 fərdi yaşayış evinin ətrafında Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə təkrar dezinfeksiya işləri həyata keçirilib.

Parkda quraşdırılmış oturacaqlar, işıq dirəkləri, tullantılar üçün nəzərdə tutulmuş qutular və burada əkilmiş gül kolları, müxtəlif növ ağaclar xüsusi dərman məhlulları ilə dezinfeksiya olunub.

Eyni zamanda, xüsusi karantin rejiminin tələb və qaydalarına əməl olunması ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qruplar tərəfindən əhalinin sıx toplaşdığı ərazilərdə maarifləndirmə tədbirləri davam etdirilir. Söhbət zamanı yaşlılara, birlikdə toplaşaraq gəzinti edən gənclərə, digər vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tapşırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti