...

Azərbaycanın sənaye parklarında yerləşən müəssisələrdə işçilərin ixtisarı aparılmır

Cəmiyyət Materials 7 Aprel 2020 12:35 (UTC +04:00)
Azərbaycanın sənaye parklarında yerləşən müəssisələrdə işçilərin ixtisarı aparılmır

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanın sənaye parklarının ərazisində yerləşən müəssisələrdə işçilərin ixtisarı aparılmır.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinə press-tur zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkında çalışan işçilərin fəaliyyəti rezidentlər tərəfindən təmin edilir: “İşçilərin ixtisarı aparılmır. Bu kimi işlər digər sənaye parklarında yerləşən müəssisələrdə də təmin edilir".

Qeyd edək ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti