...

Azərbaycanda daha 40 koronavirusa yoluxma qeydə alındı, 50 nəfər sağaldı - Operativ Qərargah

Cəmiyyət Materials 12 Aprel 2020 16:49 (UTC +04:00)
Azərbaycan Respublikasında 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 50 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır
Azərbaycanda daha 40 koronavirusa yoluxma qeydə alındı, 50 nəfər sağaldı - Operativ Qərargah

Bakı. Trend:

Azərbaycan Respublikasında 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 250 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66.677 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti