Bakı. Trend:
Balakən rayonunda yaşayan R.Yetərovun evinin həyətyanı sahəsində yetişdirilmiş çətənə kolları götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Balakən RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Mahamalar kəndində kirayədə yaşayan R.Yetərovun evinin həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu aşkar edilərək götürülüb.