...

Şəmkirdə koronavirusla mübarizə tədbirləri gücləndirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 29 İyun 2020 09:01 (UTC +04:00)
Şəmkirdə koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir
Şəmkirdə koronavirusla mübarizə tədbirləri gücləndirilib (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Şəmkirdə koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə əhalinin sanitar-karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Karantin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görür.

Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maariflədirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar. Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb. Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti