...

Mütəxəssis: İki həftə ərzində çimərliklərə getmə orqanizmin güclənməsində xüsusi rol oynaya bilər

Cəmiyyət Materials 4 Avqust 2020 15:30 (UTC +04:00)
Mütəxəssis: İki həftə ərzində çimərliklərə getmə orqanizmin güclənməsində xüsusi rol oynaya bilər
Mütəxəssis: İki həftə ərzində çimərliklərə getmə orqanizmin güclənməsində xüsusi rol oynaya bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Dəniz suyunda COVID-19 ilə yoluxma mümkün deyil, əksinə duz və dəniz suyu viral yükü azaltmağa kömək edir.

Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, duzlu bir mühitdə yaşaya bilməyən bir çox mikroorqanizm var. Dəniz suyunun kimyəvi prosesləri duzların konsentrasiyası ilə əlaqəli yüksək ion gücü, habelə yüksək natrium və xlorid ionları ilə müəyyən edilir. Buna görə də virusların çox ailəsi dənizdə yaşamır. Çimərlikdə koronavirusun yayılmasını çətinləşdirən əsas amil Günəş, dəniz qumunun duzluluğu və səthidir. Ultrabənövşəyi şüalar dəniz duzunun qalıqları səthə düşən virusu məhv edir”.

Sağlamlıq üçün təmiz hava və D vitaminin qəbul edilməsini olduqca vacib sayan Y.Abdiyeva avqust ayı ərzində insanları çimərliklərdən istifadə etməklə orqanizmlərini gücləndirməyi tövsiyə edib.

Vətəndaşların çimərliklərdən istifadə edə bilməsi barədə qərarın çox da gec verilmədiyini deyən alim qeyd edib ki, insanlar avqust ayının qarşıdakı günləri ərzində çimərliklərə gedə bilərlər. İki həftə ərzində çimərliklərə getmə orqanizmin güclənməsində xüsusi rol oynaya bilər.

Çimərliklərdə məsafə gözləyərək istirahət etməyi məsləhət görən mütəxəssis qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın apardığı işlər nəticəsində çimərliklər qaydaya salınaraq, insanların onlardan rahat istifadə edə bilməsi üçün şərait yaradılıb:

“İndi insanların açıq havada istirahət etməyi üçün tam təhlükəsiz şəraitin yaradılması təmin edilib. Cimerlik.az saytı vətəndaşlarımızın təhlükəsiz və sağlam istirahətinin təmin edilməsi üçün istifadəyə verilib. İndi insanların etməli olduğu bircə məsələ sadəcə gigiyena qaydalarına əməl etmək və sosial məsafəni gözləməkdir”.

“ASAN xidmət”in pandemiya dövründə çimərlik ərazilərindən istifadə ilə bağlı beynəlxalq təcrübəni öyrəndiyini deyən Y.Abdiyeva vətəndaşlar üçün ən təhlükəsiz şəraitdə çimərliklərdən istifadənin təmin edildiyini söyləyib:

“Vətəndaşların çimərliklərə buraxılması üçün qısa zaman ərzində hazırlıq işləri aparılıb və böyük bir iş ortaya qoyulub. 120 çimərlikdə xüsusi çimərlik zonası yaradılıb, məlumatlandırıcı lövhələr və dezinfeksiya etmək üçün xüsusi qurğular quraşdırılıb. Prosesə 1000 ASAN könüllüsü cəlb edilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti