...

Səhiyyə işçiləri üçün yeni təlimlərə start verilib

Cəmiyyət Materials 7 Avqust 2020 09:06 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən həyata keçirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsinin birinci mərhələsi çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Təlimçilər üçün təlim”lərə start verilib.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, bu layihənin məqsədi Şərq Tərəfdaşlığı ölkələrində ictimai səhiyyə sahəsində fövqəladə halların qarşısını almaq, hazırlıq və mübarizə imkanlarını gücləndirməkdir.

Qeyd edək ki, Avropa İttifaqı Azərbaycan da daxil olmaqla Şərq qonşuluğundakı altı ölkəyə COVID-19 pandemiyasına qarşı mübarizəyə yardım etmək məqsədilə 30 milyon avro investisiya ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti