...

“Abituriyent” jurnalında müəyyən ixtisasların adları yoxdur, bunu nəzərə almaq lazımdır

Cəmiyyət Materials 14 Sentyabr 2020 15:23 (UTC +04:00)
“Abituriyent” jurnalında müəyyən ixtisasların adları yoxdur, bunu nəzərə almaq lazımdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Keçid ballarının qeyd olunduğu “Abituriyent” jurnalında müəyyən ixtisasların adları yoxdur. Bunu ixtisas seçimi zamanı nəzərə almaq lazımdır.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, jurnalda qeyd edilən həmin ixtisaslar bu il yeni təqdim edilib.

M.Abbaszadə əlavə edib ki, valideynlər ixtisas seçimi edərkən ali məktəbin yerləşdiyi əraziyə, onun ödənişli olub-olmamasına, həmin vəsaiti ödəyə bilib-bilməyəcəklərinə mütləq diqqət etməlidirlər: “Çünki ixtisas seçimi bitdikdən sonra bunu dəyişmək mümkün deyil və 10 gün ərzində abituriyenti qəbul olunduğu məktəbdə qeydiyyatdan keçirmək lazımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti