...

AMEA-da orfoepiya lüğətinin hazırlanması üçün işçi qrup yaradılıb

Cəmiyyət Materials 22 Sentyabr 2020 19:06 (UTC +04:00)
AMEA-da orfoepiya lüğətinin hazırlanması üçün işçi qrup yaradılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

“Azərbaycan dilinin milli orfoepiya lüğəti”nin hazırlanması üçün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İşçi qrup yaradılıb və bu istiqamətdə müvafiq iş aparılır.

Trend-in məlumatına görə, bunu AMEA-nın birinci vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi Şurasının sədri, akademik İsa Həbibbəyli Şuranın iclasında deyib.

Akademik bildirib ki, cari ildə 8 dildə Azərbaycan dilinin Milli Transliterasiya Sisteminin yaradılması və təqdimat mərasiminin keçirilməsi, eləcə də “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin çap prosesində olması əlamətdar hadisədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti