...

COVID xəstələrində iybilmənin bərpa müddəti məlum olub

Cəmiyyət Materials 6 Yanvar 2021 17:07 (UTC +04:00)
COVID xəstələrində iybilmənin bərpa müddəti məlum olub

Bakı. Orxan Nəbiyev - Trend:

Alimlər COVID-19-a yoluxmuş və sağalan xəstələrdə iybilmə qabiliyyətinin bərpa olunduğu müddəti müəyyən ediblər.

Trend-in məlumatına görə, mütəxəssislər Avropanın 18 xəstəxanasında iybilmə qabiliyyətini itirmiş 2,5 mindən çox xəstə üzərində müşahidə aparıb.

Məlum olub ki, COVID-19 xəstələrində iybilmə qabiliyyəti orta hesabla 21,6 günə bərpa olunur.

Bununla belə, xəstələrin təxminən 25 faizi iybilmənin yoluxmadan iki ay keçəndən sonra belə bərpa olunmadığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti