...

Azərbaycanda 9 ayda təbii və texnogen hadisələr nəticəsində 39 nəfər həyatını itirib

Cəmiyyət Materials 9 Yanvar 2021 10:17 (UTC +04:00)
Azərbaycanda 9 ayda təbii və texnogen hadisələr nəticəsində 39  nəfər həyatını itirib

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci ilin 9 ayı ərzində Azərbaycan ərazisində 12833 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu ilin 9 ayı ilə müqayisədə 1359 hadisə və ya 10% azdır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 39 nəfər həlak olub, 156 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 19 nəfər xilas edilib, 383 nəfər təxliyə olunub.

2020-ci ilin 9 ayı ərzində Azərbaycanda baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1677 olub.

Yanğın hadisələri zamanı 32 nəfər həlak olub, 100 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 11 nəfər və ya 26%, xəsarət alanlar üzrə 68 nəfər və ya 40% azdır.

2020-ci ilin 9 ayı ərzində respublika ərazisində 51 partlayış hadisəsi baş verib ki, bu da 2019-cu ilin 9 ayı ilə müqayisədə 6 hadisə və ya 13% çoxdur. Partlayışlar zamanı 4 nəfər həlak olub, 54 nəfər xəsarət alıb və 2 nəfər xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti