Bakı. İlhamə İsabalayeva – Trend:
İmişlidə bütün karxanaların fəaliyytində pozuntular aşkarlanıb.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Agentliyinin sədri Samir Qurbanov deyib.
Onun sözlərinə görə, həmin karxanalarla bağlı hüquqi addlımlar atılıb: “Həm dronlarla, həm də yerli müşahidələr zamanı onların fəaliyyətində kənaraçıxmalar qeydə alınıb”.
S.Qurbanov qeyd edib ki, ötən il ümumilikdə 100-dən çox karxanasının vəziyyəti qiymətləndirilib.