Bakı. Ceyhun Ələkbərov - Trend:
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Süleymanov Rauf Allahverdi oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, R.Süleymanov 1987-ci ildə Neftçala rayonunun Abasallı kəndində doğulub.
O, oktyabrın 5-i Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.