...

Bakıda daha bir piyada keçidi təşkil edilib (FOTO)

Cəmiyyət Materials 10 Mart 2021 16:11 (UTC +04:00)
Bakıda daha bir piyada keçidi təşkil edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxtın Mir Cəlal küçəsində yeni nizamlanan piyada keçidi təşkil edilib.

Bakı Nəqliyyat Agnetliyindən Trend-ə verilən məlumata görə, sözügedən ərazidə 238 saylı uşaq baxçası, 247 saylı orta məktəb yerləşməklə yanaşı, sıx məskunlaşma da mövcuddur.

Yeni keçidin təşkil edilməsi nəticəsində ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edilib, inşa edilmiş panduslar sayəsində əlçatanlıq təmin olunub, işıqfor dirəklərində quraşdırılmış çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss ediləbilən (tactile) döşəmələr vasitəsilə xüsusilə gözdən əlil şəxslərin təhlükəsizlik səviyyəsi artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti