...

Yay istirahətiniz zövqlü olsun - "FLY İNN" oteli qapılarını müştərilərinə açıq elan edib (VİDEO)

Cəmiyyət Materials 12 İyul 2021 16:10 (UTC +04:00)
Yay istirahətiniz zövqlü olsun - "FLY İNN" oteli qapılarını müştərilərinə açıq elan edib (VİDEO)

Bakı. Trend:

Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində fəaliyyət göstərən “Fly İnn” otelində sezonun açılış mərasimi baş tutub.

Bu məqsədlə yüksək standartlara cavab verən və müştərilərinin zövgünə oxşayan “Fly İnn” otelində “Barbecue Party” təşkil edilib. Unudulmaz axşamın qonaqları ölkənin tanınmış bloggerləri, iş adamları və zövglü əyləncəni sevən insanlar olub.

Tədbirdə çıxış edən “Fly İnn“-nin daxil olduğu “Hotels Group” MMC-nin direktoru Nigar Ramazanova bildirib ki, oteldə gözəl və unudulmaz istirahət üçün hər bir lazımlı şərait yaradılıb. Burada beynəlxalq standartlara cavab verən 205 qonaq otağı və 3 apartament var ki, hər kəs burada rahat və yüksək xidmətlə istirahət edə bilər. Oteldə qapalı və açıq məkanda hovuz, eyni zamanda Spa mərkəzi və idman zalı da fəaliyyət göstərir. Bundan əlavə biznes tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulmuş, ən böyüyün ərazisi 243 kv. metr olan, 5 konfrans zalı da müştərilərə təqdim olunur. Bir sözlə “Fly İnn” otel istər ailəvi istirahət, istərsə də biznes tədbirləri üçün ən unikal və uyğun məkanlardandır.

Rezervasiya üçün əlaqə: (+99412) 437 49 49

Məqalədə:
Xəbər lenti

Xəbər lenti