Bakı. Samir-Əli - Trend:
Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkətində güclü tıxac yaranıb.
Trend-in məlumatına görə, Sumqayıtdan paytaxta doğru yolda avtomobillərin hərəkəti iflic olub.
Qeyri-sabit hava şəraiti yolda avtomobillərin hərəkətini daha da çətinləşdirib.
Tıxac Abşeron rayonu ərazisindən başlayaraq 20 Yanvar metrostansiyasının ərazisinə qədər davam edir.