...

Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir - Nazirlik rəsmisi (FOTO)

Cəmiyyət Materials 11 Noyabr 2021 11:43 (UTC +04:00)
Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir - Nazirlik rəsmisi (FOTO)

Bakı. Samir Əli - Trend:

Zəfər Günü münasibəti ilə təsdiq edilən Amnistiya Aktının Penitensiar Xidmətdə 5800-ə yaxın, Probasiya Xidmətində 8800 nəfər məhkuma şamil olunması gözlənilir.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir.

"Bunun 15 min nəfərə yaxını Ədliyyə Nazirliyi tərəfindən icra olunacaq. Bu Amnistiya aktı digərlərindən əhatəsinin genişliyi ilə fərqlənir" - deyə nazirlik rəsmisi qeyd edib.

M.Ələkbərov bildirib ki, təsdiq edilən hazırkı amnitsiya aktı 4 bölmə 45 hissədən ibarətdir.

Onun sözlərinə görə, birinci bölmədə amnistiya şamil edilən şəxslərin siyahısı, ikinci bölmədə tətbiq edilən məhdudiyyətlər, üçüncü bölmədə aktın qüvvəyə minməsi barədə, dördündcü bölmədə isə icra prosesi göstərilir:

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti