...

Bu universitetdə əməkhaqqı artırıldı

Cəmiyyət Materials 13 Dekabr 2021 10:21 (UTC +04:00)
Bu universitetdə əməkhaqqı artırıldı

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində əməkhaqqı artırılıb.

Trend xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov sosial şəbəkə hesabında məlumat verib.

"Elmi Şuranın qərarı ilə UNEC-də əməkhaqqı artırıldı. Artıq UNEC üzrə orta aylıq əməkhaqqı 1166 manat, o cümlədən pedaqoji heyət üzrə 1331 manat, inzibati və tədris-köməkçi heyət üzrə 1012 manat təşkil edir. Uğurlar!" - rektor yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti