...

“PwC Azərbaycan” Vergi və Əmək Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər mövzusunda sessiya keçirib (FOTO)

Cəmiyyət Materials 16 Dekabr 2021 15:19 (UTC +04:00)
“PwC Azərbaycan” Vergi və Əmək Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər mövzusunda sessiya keçirib (FOTO)

Bakı. Trend:

15 dekabr 2021-ci il tarixində “PwC Azərbaycan” JW Marriott Abşeron otelində müştəriləri üçün vergi və hüquqi maarifləndirmə mövzusunda seminar təşkil edib. Seminar əsasən 2022-ci il üçün Vergi Məcəlləsinə əlavələr, eləcə də Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti haqqında qanunvericiliyə edilmiş digər mühüm dəyişikliklərə həsr olunub.

Seminara iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən iri şirkətlərdə CEO, maliyyə direktorları, vergi və hüquq menecerləri vəzifələrində çalışan 150 nəfər iştirakçı qatılıb. Tədbir pandemiya şəraitinin tələblərinə tam uyğun şəkildə həyata keçirilib.

Seminarda Vergi və Əmək Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, həmçinin “Transfer qiymətqoyma” ilə bağlı yeni qaydalar barədə müzakirələr aparılıb.

Tədbirin məruzəçiləri kimi PwC-nin Vergi üzrə Məsləhət Xidmətləri komandasından Günel Sadiyeva, Cavid Əliyev və Rüfat Şahbazov, Vergi Hesabatı və Strategiyası komandasından Anar Nəzirov, Hüquq komandasından isə Elçin Məmmədov və Nərmin Həşimli qismində çıxış ediblər.

Seminarın sonunda sual-cavab sessiyası keçirilib və məruzəçilər öz təcrübələrini bölüşüblər.

PwC Azərbaycan bütün qonaqlarını salamlamaqdan məmnunluq duyur və fəal iştiraklarına görə onlara təşəkkürünü bildirir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti