...

Bakıda üç min xəstə şam ağacı kəsilib (FOTO)

Cəmiyyət Materials 21 Dekabr 2021 14:26 (UTC +04:00)
Bakıda üç min xəstə şam ağacı kəsilib (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Artıq bir müddətdir ki, paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir ki, bu da bu da dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edir. Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə keçirilib və məsələ geniş müzakirə edilib. Müşavirədə qeyd edilib ki, mürəkkəb landşaft və quru iqlimə malik Bakı şəhərinin bəzi ərazilərində şam ağaclarının bir hissəsi sürətlə yayılan göbələk xəstəliyinə tutulub. Bu kimi hallar tək ölkəmizdə deyil, qonşu Gürcüstanda da geniş şəkildə baş verib.

Trend xəbər verir ki, müşavirədə qərara alınıb ki, Abşeron iqlimi üçün çox əlverişli olan bu ağaclarda göbələk xəstəliyin fəsadlarının aradan qaldırılması, xəstəliyin başqa ağaclara keçməsinin qarşısının alınması və yaşıllıq sahələrinin qorunması üçün Ekologiya və Təbbi Sərvətlər Nazirliyi mütəxəssislərinin rəyi əsasında xəstə, qurumuş ağaclar çıxarılaraq utilizasiya olunmalı və eyni zamanda digər ağacların qorunması üçün onlar tərkibində mis olan xüsusi dərman preparatları ilə dezinfeksiya edilməlidir.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, digər aidiyyatı qurumlarla birgə paytaxtın bütün rayonlarında genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Utilizasiya edilən ağacların yeri dezinfeksiya edildikdən sonra mövsüm ərzində burada yeni ağaclar əkiləcəkdir. Bu günə kimi artıq Bakı şəhərində 3 min ədəd şam ağacı kəsilərək utilizasiya edilib.

Qeyd edilməlidir ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanır və mərhələli şəkildə bu işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti