...

Martın sonuna kimi ölkə üzrə 22 seysmoloji stansiya quraşdırılacaq - Qurban Yetirmişli

Cəmiyyət Materials 4 Fevral 2022 13:16 (UTC +04:00)
Martın sonuna kimi ölkə üzrə 22 seysmoloji stansiya quraşdırılacaq - Qurban Yetirmişli

Bakı. Fərid Zöhrabov - Trend:

Türkiyənin verəcəyi quyudibi stansiyanı azad edilmiş torpalarımızda quraşdırmağı planlaşdırırıq.

Bunu Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

O qeyd edib ki, "RSXM-nin 2022-ci il planına işğaldan azad edilmiş rayonlarda seysmik stansiyaların açılması məsələsi də artıq salınıb. Azad olunmuş ərazilərdə 10 seysmik stansiyanın qurulması nəzərdə tutulub. Bundan başqa hazırda ölkə üzrə 22 stansiya quraşdırılmaqdadır. Havalar yaxşı keçərsə, bu stansiyalar mart ayının axırına kimi quraşdırılacaq" - deyə Q.Yetirmişli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti