...

Dil Komissiyası Orfoqrafiya Lüğətinə bir sıra sözlərin daxil edilməsini təklif edib

Cəmiyyət Materials 2 Mart 2022 12:27 (UTC +04:00)
Dil Komissiyası Orfoqrafiya Lüğətinə bir sıra sözlərin daxil edilməsini təklif edib

Bakı. Trend:

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycan dilinin Orfoqrafiya Lüğətinə bir sıra sözlərin daxil edilməsini təklif edib.

Trend-in məlumatına görə, Mərkəzin təhlilləri göstərir ki, "Azərbaycan dilinin Orfoqrafiya lüğəti"ndə, həmçinin izahlı lüğətlərdə öz əksini tapmayan, lakin aktiv şəkildə işlənən xeyli miqdarda söz və terminlər vardır. "birdəqiqəlik", "yüksəksəviyyəli" və bu qəbildən olan "eyniquruluşlu", "ikidövrəli", "dünyamiqyaslı", "yüzdəyüz", "yansımaq", "randevu" kimi sözlər buraya aiddir.

"Orfoqrafiya normalarında ixtisarlarla bağlı qaydalara müəyyən əlavələrin edilməsinə ehtiyac duyulur. Təklif edirik ki, qısaltmalar zamanı istifadə olunan qrafik işarələrin sırasına drop əyri xətt (/) də əlavə olunsun. Bu işarədən Azərbaycan dilində, xüsusən də sözlərin ixtisarı zamanı geniş istifadə olunur. Məsələn: baş çavuş - b/çavuş; baş laborant- b/laborant; baş müəllim b/müəllim; kiçik çavuş - k/çavuş və s."- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti