...

Azərbaycanda bu avtomobillərə tələbat artıb

Cəmiyyət Materials 18 Mart 2022 20:44 (UTC +04:00)
Azərbaycanda bu avtomobillərə tələbat artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda mühərrik gücü 2.4 m3-dək olan və istehsal ili 2014 və 2020-ci illər arası avtomobillərə tələb yüksəlib.

Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, həmin avtomobillərin qiymətində 4 faiz artım qeydə alınıb.

Yeni istehsal olunan hibrid avtomobillərin qiyməti 7 faiz azalsa da, istehsal ili köhnə olan və xüsusən də Yaponiyada istehsal olunan hibrid avtomobillərdə 5 faizə yaxın qiymət artımı müşahidə olunub.

Mühərrik gücü yüksək olan və daha Avro-5 standartlı benzindən istifadə edilən avtomobillərin qiymətləri 3.5 faiz aşağı düşüb. Ay ərzində həmin avtomobillərə tələbin azalması müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti