...

Gürcüstana COVİD-19 əleyhinə preparat olan "Paxlovid"-in ilk partiyası çatdırılıb

Cəmiyyət Materials 23 Mart 2022 01:24 (UTC +04:00)
Gürcüstana COVİD-19 əleyhinə preparat olan "Paxlovid"-in ilk partiyası çatdırılıb

Bakı. Trend:

Gürcüstana koronavirusun müalicəsi üçün nəzərdə tutulmuş “Paxlovid” preparatının ilk partiyası şatdırılıb.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, ölkənin səhiyyə nazirliyi preparatın xəstələrə pulsuz təqdim ediləcəyini bildirib.

Qeyd edək ki, preparat "Pfizer" şirkəti tərəfindən istehsal olunur. Dərman xəstəliyin ağır formasına keçmə riski yüksək olan 12 yaşdan yuxarı yeniyetmələr və böyüklərdə yüngül və orta gedişatlı koronavirus infeksiyasına yoluxmanın müalicəsi üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti