Tərtər. Trend:
31 Mart soyqırımının 104 illiyi ilə əlaqədar Alban-Udi Xristian dini icmasının üzvləri Tərtərin işğaldan azad olunan Talış və Suqovuşan kəndlərinə səfər ediblər.
Trend-in yerli bürosunun məlumatına görə, səfər iştirakçıları əvvəlcə Talış kəndində qədim alban məbədini ziyarət ediblər.
31 Mart soyqırımı şəhidlərinin xatirəsinə Suqovuşanda, Tərtərçayın sahilində yerləşən Müqəddəs Yelisey monastrında təşkil olunacaq anım mərasimi isə baş tutmayıb. Ermənistan silahlı qüvvələri monastrın ətrafını minaladığı üçün nümayəndə heyətinin getməsinə icazə verilməyib. Bu səbəbdən kəndin ərazisində mövcud olan digər məbəddə anım mərasiminin keçirilməsi planlaşdırılır.