...

Ermənilərin bu torpaqlarda qədimdən yaşadıqları iddialarına dair heç bir sübut yoxdur - Alban-Udi icmasının sədr müavini

Cəmiyyət Materials 31 Mart 2022 15:04 (UTC +04:00)
Ermənilərin bu torpaqlarda qədimdən yaşadıqları iddialarına dair heç bir sübut yoxdur - Alban-Udi icmasının sədr müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Tərtər. Trend:

Qarabağ torpaqları azad olunduqdan sonra ilk dəfədir buraya gəlirik.

Bu fikirləri Trend-in Qarabağ bürosuna açıqlamasında Alban-Udi xrsitian dini icmasının sədr müavini Rafiq Ağami deyib.

O qeyd edib ki, bu gün 31-Mart soyqırımında və Birinci, İkinci Qarabağ müharibəsində şəhid olanların ruhuna dualar oxunub.

"Bu torpaqlarda bir daha müharibə olmamasını dilədik. Torpaqlar azad olunduqdan sonra ilk dəfədir buraya gəlirik. Biz görürük ki, Qafqaz Albaniyasına aid olan elementlərin hamısı olduğu kimi qalıb. Düzdür, ermənilər bu elementləri erməniləşdirməyə çalışıblar, lakin nail ola bilməyiblər. Bir az dəyişməyə cəhd ediblər, amma aşkar görünür ki, bu 3-5 ilin söhbətidir, qədimi deyil. Nə qədər desələr də ki, bu ərazilərdə 100 illər öncə yaşayıblar, bu düzgün deyil, çünki bunun üçün sübutlar yoxdur", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti