...

Qarabağda bərpa işlərinin sürətinə heyranıq - amerikalı səyyah (FOTO)

Cəmiyyət Materials 18 İyun 2022 20:29 (UTC +04:00)
Qarabağda bərpa işlərinin sürətinə heyranıq - amerikalı səyyah (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda bərpa işlərinin sürətinə heyranıq.

Trend-in məlumatına görə, bunu San-Fransiskodan olan səyyah Çarlz Villi şənbə günü mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Azərbaycan Qarabağın tarixi və orada baş vermiş hadisələr haqqında daha çox məlumat verməlidir.

"Bu gün Azərbaycan dağıntıları, eləcə də bərpa prosesinin gedişini göstərmək üçün daha çox ziyarətçi cəlb etməlidir", - Çarlz Villi bildirib.

Onun sözlərinə görə, Qarabağda infrastrukturun bərpası sürəti insanı heyrətə gətirir.

"Bütün şəhərlərin yer üzündən silinməsi dəhşətlidir. Eyni zamanda, infrastruktur obyektlərinin bərpası sürəti bizi heyrətə gətirdi", - deyən San-Fransiskodan olan səyahətçi Zəngilan və Laçında tikilməkdə olan hava limanlarını da qeyd etdi.

Digər qonaqlar da bərpa işlərinin heyrətamiz nəticələrinə, Qarabağın bənzərsiz təbiətinə heyran qaldıqlarını bildirib, bu bölgəyə yenidən səfər etmək ümidində olduqlarını qeyd ediblər.

Xatırladaq ki, dünyanın 10 ölkəsindən 24 beynəlxalq səyahətçidən ibarət qrup Qarabağ şəhərlərinə üç günlük səyahət edib. Qonaqlar Xocavənd rayonundakı Azıx mağarasında, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında olub, səyahətlərini Zəngilanda başa vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti