...

Bakıda bu avtobuslar gecikir

Cəmiyyət Materials 8 İyul 2022 09:25 (UTC +04:00)
Bakıda bu avtobuslar gecikir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

51 müntəzəm marşrut xətti üzrə 133 avtobusun hərəkət intervalında gecikmələr var.

Vahid Dispetçer Xidmətindən Trend-ə verilən məlumata əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 51 müntəzəm marşrut xətti üzrə 133 avtobusun hərəkət intervalında gecikmələr var.

1. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikmə müşahidə olunur.

2. Bakı-Sumqayıt şossesi-Bakı Beynəlxalq Avtovağzal Kompleksi-Moskva prospekti-20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-17 dəqiqə gecikmə var.

3. Həsən bəy Zərdabi küçəsi-20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-18 dəqiqə gecikmə yaranıb.

4. Abdulla Şaiq küçəsi-İnşaatçılar prospekti-Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar 10-16 dəqiqə ntervalla hərəkət edir.

5. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda da 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 11-18 dəqiqəyə yaxındır.

6. Akademik Həsən Əliyev küçəsi-hər iki istiqamətdə 6, 13, 61 və 83 nəmrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-16 dəqiqə gecikmə müşahidə olunur.

7. Binəqədi şossesi–hər iki istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-16 dəqiqə var.

8. Xocalı prospekti-Yusif Səfərov küçəsi-Heydər Əliyev prospekti istiqamətində isə 4, 10, 21, 30, 32, 46 və 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallar 10-15 dəqiqə gecikir.

9. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə yaranıb.

10. Zabrat Şossesi-şəhər istiqamətində-bu səbəbdən də həmin ərazidən keçən 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar 11-14 dəqiqə intervalla hərəkət edir.

11. Abdulvahab Salamzadə küçəsi-Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 11-19 dəqiqə gecikmə müşahidə olunur.

12. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar 13-18 dəqiqə gecikir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti