...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 14 İyul 2022 18:23 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 117 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 513, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 213, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 185 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 785 739, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 360 446, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 736, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 318 716, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 841 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti