...

Türkiyənin ailə və sosial xidmətlər naziri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub (FOTO)

Cəmiyyət Materials 21 İyul 2022 11:09 (UTC +04:00)
Türkiyənin ailə və sosial xidmətlər naziri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub (FOTO)

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və ölkəmizdə səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri xanım Dərya Yanık DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Dərya Yanık öncə mərkəzlə tanış olub, qonağa mərkəzin xidmət prosesi barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, mərkəzin əsas məqsədi sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin yaradıcı potensialının, istedadlarının və digər bacarıqlarının üzə çıxarılmasına və inkişafına kömək etməkdir.

Mərkəzin üzvlərinə rəqs, musiqi, xalçaçılıq, toxuma və tikmə, səhnə ifaçılığı, dulusçuluq, fotoqrafiya, təsviri-incəsənət, dərzilik, audio-səsyazma və media, bədii oyma, kulinariya, floristika, bağçılıq və landşaft dizaynı və idman istiqaməti üzrə təlimlər keçilir.

Təlimlərə müharibə ilə əlaqədər əlilliyi müəyyən edilmiş şəxslər və onların uşaqları, şəhid ailələrinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan 6-40 yaş arası şəxslər cəlb edilir. Mərkəzdə eyni vaxtda 100-dək şəxsə müxtəlif peşələrin öyrədilməsi imkanının mövcudluğu vurğulanıb.

Daha sonra qonaqlar mərkəzdə keçirilən məşq prosesinə baxıb, həssas əhali qruplarından olan şəxslərin çıxışlarını izləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti