...

Deputat Sevil Mikayılova Xudatda şəhid ailəsini ziyarət edib (FOTO)

Cəmiyyət Materials 30 İyul 2022 13:01 (UTC +04:00)
Deputat Sevil Mikayılova Xudatda şəhid ailəsini ziyarət edib (FOTO)

Bakı. Trend:

Milli Məclisin 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə deputatı Sevil Mikayılova Xaçmaz rayonunun Xudat şəhərində 13 iyun 2022-ci il tarixində Kəlbəcər rayonunda döyüş təminatını yerinə yetirərkən şəhid olmuş Riyad Əliyarovun ailəsini ziyarət edib, valideynlərinə başsağlığı verib, onlara səbr diləyib.

Trend-in məlumatına görə, S.Mikayılova şəhid ailələrinin və qazilərin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən daim xüsusi diqqətdə saxlanıldığını, qədirbilən Azərbaycan xalqı tərəfindən şəhidlərin xatirəsinin əziz tutulduğunu bildirib.

Şəhidin ailəsi də dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Riyad Əliyarov 23 aprel 2003-ci ildə Xudatda anadan olub. O, mühəndis-istehkam bölməsində xidmət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti