Alban-Udi Xristian Dini İcmasının üzvləri Hadruta səfər ediblər (FOTO)

Cəmiyyət Xəbər 3 Avqust 2022 12:49 (UTC +04:00)
Alban-Udi Xristian Dini İcmasının üzvləri Hadruta səfər ediblər (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Hadrut. Trend:

Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən qədim Alban məbədi növbəti dəfə Udilər tərəfindən ziyarət olunub.

Trend-in Qarabağ bürosunun məlumatına görə, Alban-Udi Xristian Dini İcmasının üzvləri Xocavəndin Çinarlı kəndində Ağxaç kilsəsində olublar. Uzun illərdən sonra X-XII əsrə aid olan kilsələr əsl sahibləri olan alban udiləri qarşılayır.Onlar burada dini ayin icra edərək, şamlar yandırıb, dualar oxuyublar.

Qeyd edək ki, Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Alban kilsələri tarix-memarlıq abidəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti