...

Azərbaycan, Almaniya və Litva notariat palataları arasında saziş imzalanıb

Cəmiyyət Materials 18 Avqust 2022 16:06 (UTC +04:00)
Azərbaycan, Almaniya və Litva notariat palataları arasında saziş imzalanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, Almaniya və Litva notariat palatalarının birgə təşkilatçılığı ilə notariusların ixtisaslarının artırılmasına həsr olunan beynəlxalq konfrans ikinci günü ilə öz işini davam edib.

Trend xəbər verir ki, daşınmaz əmlakı əldə edənin hüquqlarının müdafiəsi mövzusuna həsr edilmiş konfransın ikinci günü daşınmaz əmlak üzərində hüquqların rəsmiləşdirilməsi zamanı notariusun öhdəlikləri, həmçinin xidmət zamanı sənədlərin yoxlanılması prosedurlarını dəfələrlə sürətləndirən Ədliyyə Nazirliyinin elektron informasiya resurslarının imkanları və innovativ həllər barədə notariuslar və notarius vəzifəsində namizədlər arasında geniş diskussiyalar aparılıb.

Daşınmaz əmlakın dövriyyəsində, o cümlədən bu sahədə məhkəmə mübahisələrinin qarşısının alınmasında peşəkar hüquqşünasların fəaliyyətini nəzərdə tutan notariat institutun əhəmiyyəti, vətəndaş və sahibkarlarının hüquqlarının müdafiəsi məqsədi ilə xüsusi bilik və bacarıqları tələb edən notariusların tətbiq etdiyi yoxlama tədbirləri üzrə Almaniya və Litva təcrübələri barədə mühazirələr dinlənildi.

Tədbirdə iştirak edən İqtisadiyyat Nazirliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov ölkədə aparılan genişmiqyaslı iqtisadi islahatlar fonunda daşınmaz əmlak institutunun inkişaf yolu, əmlak hüquqlarının müdafiəsinin gücləndirilməsinə yönəlmiş yeni elektron nəzarət mexanizmləri barədə məlumat verdi.

Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupun rəhbəri Leyla Bərxudarzadə daşınmaz əmlakın əldə edilməsi sahəsində çirkli pulların yuyulması risklərinin notarius tərəfindən qiymətləndirilməsinin əhəmiyyəti, həmçinin ölkəmizdə əlverişli biznes mühtinin daha da inkişaf etdirilməsi məqsədi ilə ən qabaqcıl xarici təcrübələrin təhlilinə söykənərək əmlak hüquqlarının “bir pəncərə” prinsipi əsasında notarius vasitəsi ilə qeydiyyata alınması xidmətlərinin təşkilinə dair layihələrin hazırlandığı barədə məlumat verdi.

Qeyd olundu ki, Avropa ölkələrinin ən qabacıl təcrübələrinin, o cümlədən Almaniya və Litva təcrübələri əsasında hazırlanan layihələr daşınmaz əmlakın daha etibarlı əsaslarla dövriyyəsini təmin edəcəkdir.

Tədbirin sonunda Almaniya və Litva notariat palatalarının Azərbaycan Notariat Palatası arasında əməkdaşlıq sazişləri imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti