...

Azərbaycanda texnoloji ixtisaslar üzrə tədris alan tələbələrə dəstək göstərilir - Müşavir (FOTO)

Cəmiyyət Materials 24 Avqust 2022 12:27 (UTC +04:00)
Azərbaycanda texnoloji ixtisaslar üzrə tədris alan tələbələrə dəstək göstərilir - Müşavir (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi texnoloji ixtisaslar üzrə tədris alan tələbələri dəstəkləyir.

Trend-in məlumatına görə, bunu elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov yüksək bal toplamış abituriyentlərin mükafatlandırılmasına həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, hər il Azərbaycanın ali məktəblərində bakalavriatda yerlər 100 faiz dolur.

"Biz əminik ki, bu tendensiya gələcəkdə də davam edəcək. Bu gün Azərbaycanda məzunlar daha çox İKT sahəsində təhsilə üstünlük verir. Bu istiqamətdə təhsil alan tələbələrə təkcə dövlət tərəfindən deyil, həm də İT şirkətlər, nazirliklər nəzdindəki agentliklər tərəfindən dəstək göstərilir", - deyə o bildirib.

E.Nəsibov vurğulayıb ki, Elm və Təhsil Nazirliyi nəzdində yaradılmış fond tələbələrin dəstəyinə yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti