...

Səbuhi Vətən müharibəsində 3 dəfə yaralanmışdı - Şəhidin qardaşı

Cəmiyyət Materials 27 Sentyabr 2022 13:39 (UTC +04:00)
Səbuhi Vətən müharibəsində 3 dəfə yaralanmışdı -  Şəhidin qardaşı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Vətən müharibəsi başlamazdan qabaq qardaşım Səbuhi Əhmədov gizir rütbəsi almışdı, fərqlənmə nişanı vermişdilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ermənistanın təxribatının qarşısını alarkən şəhid olan, SOS uşaq kəndində böyüyən Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib.

O bildirib ki, müharibə başlayanda qardaşı da döyüşlərdə ön sırada olub:

"Suqovuşanda, Zəngilanda, Ağdərə, Füzulidə döyüşüb. Səbuhi Şəki batalyonu ilə döyüşə girmişdi. Suqovuşan istiqamətində döyüşlərdə ayaqlarından qəlpə yarası aldı. Ümumilikdə 3 dəfə yaralanmışdı. 7 gün müalicə aldı, sonra dedi ürəyim partlayır, dayana bilmirəm.

Zəngilana getdi. Döyüş zamanı maşında sıxılıb qalan silahdaşını xilas edərkən, əlini yandırmışdı. Ağdərə istiqamətində də baş nahiyəsindən qəlpə yarası almışdı. Səbubi 44 günlük Vətən müharibəsindən 4 medal ilə gəlmişdi"

S.Əhmədov bildirib ki, qardaşı ilə bağlı məlumat ala bilməyən günlərdə xəbər gəlmişdi ki, Səbuhinin tağımından şəhidlər var:

"Çox qorxurdum ki, qardaşıma da nəsə olar. Səhvən demişdilər ki, Səbuhi şəhid olub, amma sağ idi. Çətindir zəng edib soruşmaq ki, "mənim qardaşımın nəşi gəlib?" Sonra mənlə əlaqə saxladı, dedi yaxşıyam. Vətən müharibəsindən sağ-salamat qayıtmışdı deyə, mən inanmırdım ki, bu dəfə qardaşım şəhid ola bilər. Son döyüşlərdə qardaşım qəhrəmancasına şəhid olub. Mən onunla fəxr edirəm, amma bunu qəbul etmək mənim üçün çox çətindir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti