...

“Yaşıl Marafon” çərçivəsində hərbçilərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Dekabr 2022 12:55 (UTC +04:00)
“Yaşıl Marafon” çərçivəsində hərbçilərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

IDEA İctimai Birliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə həyata keçirilən "Yaşıl Marafon" çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, daim Vətənin müdafiəsində dayanan hərbi qulluqçular bu dəfə təbiətimizə töhfə, fidanlara həyat vermək üçün toplaşaraq Müşfiqabad qəsəbəsində

4 hektar ərazidə, Abşeron yarımadasının iqlim şəraitinə uyğun 3000 - dən çox müxtəlif növ ağac əkiblər.

Qeyd edək ki, "Yaşıl Marafon" çərçivəsində keçirilən ağacəkmə aksiyaları zamanı il ərzində 2 milyondan artıq ağac əkilib.

Layihənin əsas məqsədi yaşıllıq sahələrinin artırılması ilə yarana biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunmasında maarifləndirilmə işinə töhfə verməkdən ibarətdir.

Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti