...

Ölkə ərazisində sürüşmə zonalarındakı vəziyyət açıqlanıb

Cəmiyyət Materials 17 Yanvar 2023 11:31 (UTC +04:00)
Ölkə ərazisində sürüşmə zonalarındakı vəziyyət açıqlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisində 99 lokal sürüşmə zonası var.

Trend-in məlumatına görə, bunu bu gün Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistər üçün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, onlardan 42-si aktiv sürüşmə zonasıdır:

"Həmin 42 sürüşmə sahəsi davamlı monitorinqə cəlb edilib. Abşeron, Bayıl, Badamdar, Badi Kubə, Qaraçuxur və Zığ sürüşmə zonaları, Astara və Lənkəranda, Quba, Qusar, Şabran və Şamaxıda aktiv sürüşmə sahələri var. Bu gün həmin ərazilər nəzarətdə saxlanıb. Sonuncu monitorinqə görə, aktiv sürüşmə sahələrində vəziyyət sabitdir. Hazırda Günəşli və Badamdar yamaclarında sürüşmənin qarşısını almaq üçün tədbirlər görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti