Bakı. Trend:
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ölkə üzrə əhalinin sayı ötən ilin əvvəlindən 58 679 nəfər və ya 0,6 faiz artaraq 2022-ci il dekabr ayının 1-i vəziyyətinə 10 215 045 nəfərə çatıb.
Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib.