...

Bakıda oyuncaqların toplanması üçün əlavə ianə qutuları yerləşdirilib (FOTO)

Cəmiyyət Materials 24 Yanvar 2023 10:28 (UTC +04:00)
Bakıda oyuncaqların toplanması üçün əlavə ianə qutuları yerləşdirilib (FOTO)

Bakı. Trend:

IDEA İctimai Birliyinin oyuncaqların təkrar istifadə üçün ianə edilməsi üzrə “Sevincini bölüş” xeyriyyə kampaniyası çərçivəsində Bakının daha iki məkanında toplanma qutuları yerləşdirilib.

İctimai birlikdən Trend-ə verilən məlumata görə, Gənclik Mall ticarət mərkəzi ilə yanaşı, oyuncaq ianələrinin qəbulu üçün qutular 28 Mall və Dəniz Mall ticarət mərkəzlərində də istifadəyə verilib.

Qeyd edilməlidir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən kampaniya çərçivəsində şəhərin müxtəlif yerlərində yerləşdirilən xüsusi ianə qutularına toplanacaq oyuncaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara təqdim ediləcək.

Sözügedən qutulara insanlar övladlarının artıq istifadə etmədikləri və paylaşmaq istədikləri oyuncaqları yerləşdirə bilər. Bu cür təkraristifadə qutularına toplanan oyuncaqlar mütamadi olaraq müxtəlif xeyriyyə təşkilatları və paylanma məntəqələri vasitəsilə uşaqlara paylanacaq.

Məlum olduğu kimi, tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına xüsusi önəm verən IDEA İctimai Birliyi tərəfindən bu istiqamətdə geniş miqyaslı təbliğat və təşviqat tədbirləri, kağız və plastik tullantılarının, işlənmiş batareyaların toplanaraq təkrar emala göndərilməsi, eləcə də geyim əşyalarının toplanaraq təkrar istifadəyə göndərilməsi üzrə layihələr həyata keçirilir.

Digər məhsullar kimi, yüksək tələbata malik olan oyuncaqların da tullanması və çürüməsi ətraf mühitə zərərsiz otüşmür. Bu həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərər ilə bağlıdır.

Bu xüsusda, IDEA İctimai Birliyi səhərimizin sakinlərini öz “sevincini bölüşməyə”, evlərində olan istifadəsiz, yararlı və saf qalan oyuncaqlarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan uşaqlara öz yardım əlini uzatmağa, eyni zamanda həmin oyuncaqlara “ikinci həyat” verməklə təbiətə vurulan zərəri azaltmağa çağırır. İanə edilən oyuncaqların qutulara atmaqdan öncə təmizlənməsi, qutulara kənar əşyalar və ya tullantılar atılmaması xahiş edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti