...

ADPU tələbəsi Milli Məclisin ictimai dinləməsində iştirak edib (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2023 16:02 (UTC +04:00)
ADPU tələbəsi Milli Məclisin ictimai dinləməsində iştirak edib (FOTO)

Bakı. Trend:

Fevralın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsi V kurs tələbəsi, ictimai fəal Tərlan Ağayev "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsi tərəfindən təşkil olunan "Heydər Əliyev - müasir Azərbaycan gənclər siyasətinin banisi" mövzusunda ictimai dinləmədə iştirak edib.

İctimai dinləmədə Milli Məclisin sədr müavini Fəzail İbrahimli, Gənclər və İdman Komitəsinin üzvü olan millət vəkilləri, ölkənin aparıcı idman və gənclər təşkilatlarının nümayəndələri və tələbələr iştirak edib. İctimai dinləmədən öncə 50-yə yaxın ADPU tələbəsinin də iştirakı ilə ictimai dinləmə iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Sonda iştirakçılar Milli Məclisdə 44 günlük Vətən müharibəsinin şərəfinə yaradılmış sərgi ilə tanış olub, Milli Məclisin plenar iclas zalında xatirə şəkli çəkdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti