...

Bakının seysmik xəritəsi üzrə bəzi rayonların materialları hazırlanıb

Cəmiyyət Materials 9 Fevral 2023 11:17 (UTC +04:00)
Bakının seysmik xəritəsi üzrə bəzi rayonların materialları hazırlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakının seysmik riskli ərazilərinin müəyyən edilməsi üçün seysmoloji xəritəsinin hazırlanması prosesi davam edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumatda deyilir ki, xəritə üzərində iş gedir: "Bu uzun çəkən prosesdir. Hazırda xəritənin hazırlanması prosesi davam edir. İşin həcmi böyük olduğundan xəritənin nə vaxt tam hazır olacağı məlum deyil", - qurumdan bildirilib.

Qeyd edilib ki, artıq Bakının rayonlarının bir hissəsinin materialları işlənib hazırlanıb:

"Digər ərazilərin işlənməsi prosesi də aparılır".

Xatırladaq ki, Bakının seysmoloji xəritəsinin hazırlanmasına 2012-ci ildə start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti