...

Azərbaycanda daha 28 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Cəmiyyət Materials 2 May 2023 20:37 (UTC +04:00)
Azərbaycanda daha 28 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 414 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 892 nəfər müalicə olunaraq sağalıb, 10 245 nəfər vəfat edib, aktiv xəstə sayı 277 nəfərdir.

Ölkədə son sutka ərzində 1237, hazırkı dövrədək isə 7 592 173 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti