Füzuli. Trend:
Füzulidə gördüyüm dağıntılar məni çox təsirləndirdi. ANAMA əməkdaşlarının risk edərək buranı minalardan təmizləməsi təsiredici haldır.
Bu barədə Trend-ə açıqlamasında Qarabağda səfərdə olan isveçli səyahətçi Stiv Linqren deyib.
"Mən Cənubi Livanda minalara qarşı proqramda iştirak etmişəm və orada 4 əməkdaşımız həlak olub. Buna görə bizə Nobel sülh mükafatı təqdim olunub. Burada gördüklərimdən təsirləndiyim üçün istərdim ki, ANAMA əməkdaşlarına da Nobel Sülh Mükafatı verilsin. Qarabağda sülhün bərqərar olmasını istəyirəm. Mənim dualarım hər zaman buradakı insanlarla olacaq. İnsanların tezliklə buraya, evlərinə dönüb yaşamasını arzu edirəm", - deyə o əlavə edib.
Qeyd edəki, İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Qrupa “Club 100”un İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edir.
Bu nüfuzlu regional klub yalnız Skandinaviya əsilli beynəlxalq səyahətçiləri birləşdirməsi ilə tanınır. Səfərə Füzuli rayonundan start verilib. Səfər iştirakçılarıa Ermənistanın işğal dövründə dağıntıları öz gözləri ilə görmək üçün şərait yaradılacaq. Vətən müharibəsindən sonra işğaldan azad olan torpaqlarda Azərbaycan dövlətinin apardığı yenidənqurma və bərpa işləri barədə məlumat veriləcək. Dünya səyyahlarının Füzulidə minalı ərazilərdə aparılan minatəmizləmə prosesini də izləməsi nəzərdə tutulub. İsveçli səyyahların Füzulidən sonra Xocavənd rayonunda yerləşən ən qədim insan məskənlərindən olan Azıx mağarasına, daha sonra Ağdam şəhərinə və günün sonunda Qarabağa - Talışa köçürülmüş ailələrə baş çəkəcəkləri planlaşdırılır.
Heyətin 3 gün ərzində Füzuli-Xocavənd-Ağdam-Tərtər
Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl (Xudafərin) rayonlarına səfər
etmələri planlaşdırır.
Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism”
çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın
əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC,
NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin
birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki
Reels” Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 6 dəfə
Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Onlardan 1-i
2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 1-i isə 2023-cü ildə
reallaşdırılıb. İsveçdən olan səfər bu qəbildən olan sayca 7-ci
səfərdir.