...

Qarabağın dirçəlişinə şahid olmaq çox xoşdur - İsveçli səyahətçi

Cəmiyyət Materials 12 May 2023 16:15 (UTC +04:00)
Qarabağın dirçəlişinə şahid olmaq çox xoşdur - İsveçli səyahətçi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Laçın. Trend:

Qarabağa səfərimiz zamanı buranın təsiredici təbiətini görmək şansımız oldu.

Bu barədə Trend-ə açıqlamasında Qarabağda səfərdə olan isveçli səyahətçi Therese Sundberg deyib.

"Burada olmaq və Qarabağın dirçəldiyini görmək çox xoşdur. Həqiqətən Qarabağın təbiəti çox gözəldir. Əlbəttə bu gözəlliklərlə yanaşı mina təhlükəsi də mövcuddur. Lakin buranın mianalardan təmizlənməsi və dirçəldilməsi üçün çox intensiv iş aparılır. Biz bunun da şahidi olduq", - deyə o əlavə edib.

Qeyd edək ki, İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Qrupa “Club 100”un İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edir.

Bu nüfuzlu regional klub yalnız Skandinaviya əsilli beynəlxalq səyahətçiləri birləşdirməsi ilə tanınır.

Səfərə Füzuli rayonundan start verilib. Səfər iştirakçılarına Ermənistanın işğal dövründə törətdiyi dağıntıları öz gözləri ilə görmək üçün şərait yaradılacaq. Vətən müharibəsindən sonra işğaldan azad olan torpaqlarda Azərbaycan dövlətinin apardığı yenidənqurma və bərpa işləri barədə məlumat veriləcək. Dünya səyyahlarının Füzulidə minalı ərazilərdə aparılan minatəmizləmə prosesini də izləməsi nəzərdə tutulub. İsveçli səyyahların Füzulidən sonra Xocavənd rayonunda yerləşən ən qədim insan məskənlərindən olan Azıx mağarasına, daha sonra Ağdam şəhərinə və günün sonunda Qarabağa - Talışa köçürülmüş ailələrə baş çəkmələri planlaşdırılır.

Heyətin 3 gün ərzində Füzuli-Xocavənd-Ağdam-Tərtər Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl (Xudafərin) rayonlarına səfər etmələri planlaşdırılır.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels” Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 6 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 1-i isə 2023-cü ildə reallaşdırılıb. İsveçdən olan səfər bu qəbildən olan sayca 7-ci səfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti