...

Bunun qarşısı kəskin şəkildə alınmalıdır - Siyavuş Novruzovdan TƏKLİF

Cəmiyyət Materials 6 İyun 2023 13:35 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur. O cümlədən keçmiş Əfqanıstanda xidmət edən hərbçilərə müraciətlər olur.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müxtəlif formada vədlər verilir: “Əmək haqları sadalanır ki, muzdlu şəkildə proseslərdə iştirak etsinlər. Hesab edirəm ki, bunun qarşısı kəskin şəkildə alınmalıdır. Kimisə şirnikləndirmə yolu ilə vaxtı ilə İŞİD-ə cəlb etmişdilər. 988 nəfər Azərbaycanlı orada iştirak edib və sonradan hamısı ölkədə müxtəlif cinayətlərdə iştirak etdi. Odur ki, buna yol verməməliyik və bunu qanunla tənzimləməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti