...

PwC Azərbaycan və Dövlət Vergi Xidmətinin əməkdaşlığı ilə ümumrespublika olimpiadası keçirilib (FOTO)

Cəmiyyət Materials 7 İyun 2023 15:29 (UTC +04:00)
PwC Azərbaycan və Dövlət Vergi Xidmətinin əməkdaşlığı ilə ümumrespublika olimpiadası keçirilib (FOTO)

Bakı. Trend:

“PwC Azərbaycan” şirkəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ali təhsil müəssisələrinin tələbələri arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçirilib.

Bu barədə şirkətdən Trend-ə verilən məlumatda bildirilir:

"“Heydər Əliyev ili”ndə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu əlamətdar tədbir müxtəlif ali təhsil müəssisələrinin tələbələrini bir araya gətirərək, vergitutma sahəsində biliklərin aşılanması, habelə vergi sahəsinə marağın artırılmasına böyük töhfə vermişdir.

2-4 iyun tarixlərində DVX-nın Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında təşkil olunan olimpiadanın yekun mərhələsinə 20 universitetindən 100 tələbə qatılıb.

“PwC Azərbaycan”ın vergi xidmətləri üzrə direktoru Günel Sadiyevanın moderatorluğu ilə təşkil olunan panel müzakirələrə DVX rəisinin müşaviri Fərid İsayev, Xidmətin insan resursları baş idarəsinin rəisi Aytən Kərimova və “Neqsol Holdinq”in vergi direktoru Rəşad Abbasov qatılıblar. Ekspertlər panel çərçivəsində auditoriya ilə canlı dialoq formatında öz uğur hekayələrini bölüşüb, vergi sahəsi üzrə müasir yanaşma xüsusunda öz fikirlərini bölüşüblər.

Biz Azərbaycanda ilk dəfə şirkətimizin vergilər üzrə meneceri olan Rüfət Şahbazovun moderatorluğu ilə Vergi Keys Müsabiqəsi keçirdik. Müsabiqənin məqsədi tələbələrin vergi sahəsində təcrübəsini və problemlərin həlli bacarıqlarını qiymətləndirməkdən ibarət olub. Ən yüksək nəticə göstərən ilk 10 iştirakçıya PwC şirkəti tərəfindən eksklüziv brend hədiyyələr təqdim olunub.

Tədbirin son günündə Olimpiadanın yekun mərhələsi keçirilib. Bu mərhələdə imtahan test sualları əsasında aparılıb, suallar vergi sistemi və vergi qanunvericiliyi üzrə mürəkkəblik dərəcəsinə uyğun hazırlanıb. İki növbədə keçirilən 90 dəqiqə davam edən imtahanda tələbələr vergilər mövzusunda öz bilik və bacarıqlarını sınayıblar. Final mərhələsində 1-ci yeri Xəzər universitetinin tələbəsi Müseyib Quliyev, 2 və 3-cü yerləri isə müvafiq olaraq Naxçıvan Dövlət Universitetinin tələbələri Nail Mustafazadə və Nicat Məmmədli tutublar.
Qaliblərə mükafatlar və sertifikatlar təqdim olunub. Bununla yanaşı qalib tələbələr həm Dövlət Vergi Xidməti, həm də “PwC Azərbaycan” tərəfindən keçirilən təcrübə proqramlarına qatılma imkanı əldə ediblər. Belə təcrübə proqramları onlara dəyərli praktiki təcrübə qazanmağa və gələcəkdə vergi sahəsində iş prosesinə cəlb olunmalarına şərait yaradacaq.

PwC şirkəti “Heydər Əliyev İli”ndə ali təhsil müəssisələrinin tələbələri arasında vergitutma sahəsində biliklərin aşılanması məqsədini daşıyan gələcək yönümlü bu təşəbbüsün bir hissəsi olmaqdan qürur duyur. İstedadları yetişdirməyə və gələcək nəsil vergi mütəxəssislərini dəstəkləməyə önəm verən bir şirkət olaraq, biz bu əlamətdar tədbirə töhfə verməkdən, bilik mübadiləsini təşviq etməkdən və vergi sahəsində gənc istedadları ruhlandırmaqdan məmnunuq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti