...

Azərbaycanla Rusiya arasında müttəfiqlik əlaqələri iki ölkəyə irəliləməyə imkan verir - Rüstəm Minnixanov

Cəmiyyət Materials 18 İyun 2023 13:35 (UTC +04:00)
Azərbaycanla Rusiya arasında müttəfiqlik əlaqələri iki ölkəyə irəliləməyə imkan verir - Rüstəm Minnixanov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Rusiya arasında müttəfiqlik əlaqələri iki ölkəyə irəliyə doğru getməyə imkan verir.

Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Bakıda keçirilən və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tatarların milli bayramı Sabantuya həsr olunmuş tədbirin açılış mərasimində çıxışı zamanı deyib.

"Bu gözəl şəhərdə olmaqdan qürur duyuruq. Bu gün biz təkcə Sabantuyu qeyd etmirik, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edirik. Nə qədər yaxın olduğumuzu göstərmək bizim üçün vacibdir. Biz strateji tərəfdaşıq, dövlətlərimizin müttəfiqlik münasibətləri var. Bütün bunlar bizə irəli doğru getməyə imkan verir. Biz təkcə dost deyilik, həm də böyük işlər görürük. Qardaş xalqımıza firavanlıq arzulayıram. Sizdə baş verən dəyişiklikləri hər dəfə görürük. Və təbii ki, Bakı dünyanın ən gözəl şəhəridir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti